Klublararası dünya çempionatı: PSJ “Atletiko Madrid”i böyük hesabla yendi backend

Klublararası dünya çempionatı: PSJ “Atletiko Madrid”i böyük hesabla yendi 

  ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.

Açılış gününün mərkəzi qarşılaşmasında Çempionlar Liqasının son qalibi PSJ ilə “Atletiko Madrid” üz-üzə gəliblər.

B qrupunda yer alan Fransa və İspaniya nəhənglərinin duelindən birincilər böyükhesablı qalibiyyətlə ayrılıblar – 4:0. Luis Enrikenin baş məşqçisi olduğu parislilərin heyətində Fabian Luis, Vitinya, Senni Mayulu və Li Kan İn fərqləniblər.

Qeyd edək ki, bu gün baş tutan digər oyunlarda “Əl-Əhli” (Misir) ilə “İnter Mayami” (ABŞ) qolsuz heç-heçəyə razılaşıblar, Almaniya nəhəngi “Bayern Münhen” isə Yeni Zellandiya “Oklend Siti”sini darmadağın edib – 10:0.

Gecə isə daha iki oyun olacaq. Saat 02:00-da A qrupunda yer alan “Palmeyras” (Braziliya) ilə “Portu” (Portuqaliya), saat 06:00-da isə B qrupunun yarışan “Botafoqo” (Braziliya) və “Sietl Saunders” (ABŞ) qarşılaşacaqlar.//fanat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki