image-kreditlerbackend

Kredit borcu olanlar oxusun – Təhlükə var

Azərbaycanda banka borcu olan vətəndaşların sayında artım müşahidə olunur. Kredit öhdəliyini yerinə yetirə bilməyən bəzi şəxslər isə axtarışa verilir. Bu cür hallar cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Belə ki, əksəriyyət hansı mərhələdən sonra borclara görə axtarışa verildiyini, növbəti prosedur qaydalarını bilmir.

Kredit borcuna görə axtarışa verilmə hansı hallarda qanunidir?

Referans xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, hazırda kredit borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir:

“Əgər bir şəxsin banka və ya Bank Olmayan Kredit Təşkilatına (BOKT) borcu varsa və bunu ödəyə bilmirsə, bu hal cinayət sayılmır. Yəni avtomatik olaraq cinayət işinin açılmasına səbəb ola bilməz. Axtarış yalnız cinayət işi ilə bağlı məsələlərdə tətbiq edilir. Lakin müəyyən hallarda borclu barəsində cinayət işinin başlanması mümkündür. Bəzən kollektor təşkilatları – bank və BOKT-larla borcun ödənilməsinə dair müqavilə bağlayan qurumlar qanunsuz üsullara əl atır, insanlara qeyri-rəsmi təzyiqlər göstərir və axtarış hədəsi ilə onları qorxutmağa çalışırlar. Bu cür təzyiqlər qanunvericiliyə ziddir və hüquqi əsas daşımır”.

Hüquqşünas bildirib ki, borc ödənilmədikdə yaranmış mübahisə məhkəmə predmetinə çevrilir və bu müstəvidə həll olunur:

“Kreditor şəxsin borcu ödəməməsi ilə bağlı məhkəməyə müraciət etdikdə, müştərinin iştirakı olmasa belə, proses davam edir və yekun qərar çıxarılır. Zamin olan şəxslər də buna cəlb oluna bilərlər. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra borc yenə də ödənilmirsə, bu zaman Cinayət Məcəlləsinə əsasən, qərarın icra edilməməsi faktı üzrə cinayət işi başlana bilər. Bu halda, borclunun axtarışa verilməsi mümkündür. Yalnız məhkəmə qərarı icra edilmədikdə şəxs məsuliyyətə cəlb oluna bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki