image-bilet-4backend

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İngiltərədə “Liverpul” və “Qarabağ” arasında keçiriləcək matçın biletləri bu gün satışa çıxarılacaq.

 

Ağdam klubundan Referans Media-ya verilən məlumata görə, azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər saat 12:00-dan etibarən iTicket.az saytında satışda olacaq. Biletlərin qiyməti 115 manat təşkil edir.

 

Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.

 

Matçın keçiriləcəyi “Enfild” stadionunda “Qarabağ” azarkeşləri üçün 1250 yer ayrılıb. Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 millimetr) ilə girişə icazə veriləcək.

 

Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq “Liverpul” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki