“Real Madrid”in hücumçusu Kilian Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub.
Referans Media xəbər verir ki, İspaniya çempionatının XX turunda “Levante” ilə matçda (2:0) vurulan qol 27 yaşlı hücumçunun peşəkar səviyyədə karyerasında 412-ci qol olub. Bu nailiyyət sayəsində Mbappe 411 qolla çıxışlarını başa vuran Tyer Anrini qabaqlayıb.
Reytinqdə əvvəlki kimi Kərim Benzemadır. Hazırda “Əl-İttihad”da oynayan Fransa millisinin keçmiş kapitanı həm klubunda, həm də milli komandada 513 qol vurub.























