Məmmədnağı Əkbərov bu agentliyin sədr müavini oldu - FOTO

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib.

Referans Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti sərəncam verib.

Qeyd edək ki, M.Əkbərov bundan əvvəl Naxçıvan MR-in Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb./Bakupost/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki