Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun (CEO) müşaviri işdən çıxıb.
Referans Media-ın məlumatına görə, Büroda CEO-nun müşaviri vəzifəsində çalışan Sevda Əliyeva vəzifəsindən ayrılıb.
Qeyd edək ki, S.Əliyeva ötən ilin aprel ayından bu vəzifədə çalışıb. O, 2022-2025-ci illərdə Büroda Beynəlxalq bazarlar və biznes tədbirləri üzrə direktor, 2018-2022-ci illərdə isə, Azərbaycan Konqreslər Bürosunun direktoru olub.
Məlumat üçün deyək ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqştşmiddir./Plat.az/
