image-besiktasin-milli-yildizi-fenerbahce-ile-temasa-gecti-bos-mukaveleye-imza-atiyor-zgudbackend

Mert Günok “Fənərbağça”ya qayıdır – boş müqaviləyə imza atır

“Beşiktaş” rəhbərliyinin heyətdən kənarlaşdırdığı təcrübəli qapıçı Mert Günok klubdan ayrılmağa hazırlaşır. İstanbul təmsilçisinin qərarına əsasən futbolçuya özünə yeni komanda tapmasının bildirildiyi, Günokun isə sabiq klubu “Fənərbaxça” ilə əlaqə qurduğu qeyd olunur.

Referans Media xəbər verir ki, 36 yaşlı milli qapıçı ilə bağlı “Beşiktaş”da verilən radikal qərarlardan sonra onun gələcəyi faktiki olaraq dəqiqləşib. Klub rəhbərliyi Mert Günoku heyətdən kənarlaşdıraraq ona rəsmi şəkildə yeni klub tapmalı olduğunu çatdırıb.

Bu xəbərdən sonra karyerasında yeni səhifə açmağa hazırlaşan Günokun, futbolçu kimi yetişdiyi “Fənərbaxça”ya qayıtmağa müsbət yanaşdığı bildirilir. Uzun müddət forma şansı əldə edə bilməyən və artıq planlara daxil edilməyən təcrübəli qapıçının yanvar ayında “sarı-lacivərtlilər”ə keçməyə hazır olduğu vurğulanır.

Qeyd edək ki, baş məşqçi Sergen Yalçının komandaya gəlişindən sonra “Gençlerbirliği” məğlubiyyətindən sonra kapitanlığı əlindən alınan Mert Günok mövsümün ilk yarısında meydana çıxmayıb. “Beşiktaş” rəhbərliyinin həm Günoku, həm də Necip Uysalı heyətdən kənarlaşdıraraq klub tapmalarını istəməsi ayrılığı qaçılmaz edib.

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, “Fənərbaxça” Mert Günokun meneceri ilə rəsmi danışıqlar aparıb. Təcrübəli qapıçının maliyyə şərtlərini arxa plana keçirdiyi və hər hansı ödəniş tələbi irəli sürmədən “sarı-lacivərtli” kluba imza atmağa hazır olduğu bildirilir.

Məlumatda, həmçinin “Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedeskonun da bu transferə müsbət yanaşdığı və Mert Günoku heyətində görmək istədiyi qeyd olunur.

“Fənərbaxça”nın yetirməsi olan Mert Günok klubun formasını 7 mövsüm geyinib, 51 oyunda meydana çıxaraq 17 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Yanvar ayında rəsmi imzanın atılması gözlənilir və transferin “Beşiktaş”ın heyətdən kənarlaşdırma qərarından sonra sürət qazandığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki