Məşhur müğənnidən sevənlərinə PİS XƏBƏR: xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur sənətçisi, AHBAP dərnəyinin rəhbəri Haluk Levent Eskişehirdəki konsert proqramından sonra xəstəxanaya yerləşdirilib.

Referans Media xəbər verir ki, sənətçi konsertdən sonra AFAD (Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması) rəsmiləri ilə keçiriləcək görüş üçün Ankara istiqamətində yola çıxıb.

Lakin yol zamanı halı pisləşən Haluk Levent dərhal xəstəxanaya çatdırılıb. İlk müayinələr zamanı onun mədə qanaması keçirdiyi müəyyən edilib.

Həkimlər vəziyyətin nəzarət altında saxlanılması üçün sənətçini ehtiyat məqsədilə reanimasiya şöbəsinə yerləşdiriblər.

Hazırda Haluk Leventin vəziyyətinin həkim nəzarətində olduğu və müalicəsinin davam etdiyi bildirilir. Hadisənin yayılmasından sonra sənət dünyası və pərəstişkarları sosial şəbəkələrdə ona dəstək mesajları paylaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki