Ara transfer dönəmində heyətini gücləndirmək istəyən “Fənərbaxça”da Joey Veerman transferi ləğv edilmişdi. Milliyet qəzetinin yazarı Levent Kalkan sarı-lacivərtlilərin transfer gündəmini dəyərləndirərkən diqqətdən qaçırılmaması gərəkən oyunçunu açıqlayıb.
Referans Media xəbər verir ki, Süper Liqada çempionluq mübarizəsi aparan “Fənərbaxça” yarımmüdaifəçi transferi üçün çalışmalara başlamışdı. PSV-də çıxış edən Joey Veerman gündəmə gəlmiş, lakin transfer reallaşmamışdı.
Levent Kalkan qeyd edir ki, Veerman pas keyfiyyəti yüksək, cərimə meydançası yaxınlığında effektiv zərbələr vurma qabiliyyətinə malik olsa da, xüsusilə Türkiyə Liqasına uyğun olmayan cəhətləri var: o, kifayət qədər sərt və aqressiv deyil, tempi aşağıdır və mövcud maliyyəti yüksəkdir. 27 yaşlı Hollandalı oyunçunun transfer haqqı 23 milyon avro, illik maaşı isə 5 milyon avro təşkil edirdi. Dörd illik müqavilə ilə ümumi xərclər 45 milyon avroya çatacaqdı. Bu səbəbdən Tedesco və rəhbərlik yarımmüdafiə xətti üçün fərqli profilli oyunçulara yönəldilər.
Kalkan qeyd edir ki, Tedesco-nun heyətində 5 yarımmüdafiəçi mövcuddur: Alvarez, İsmail, Fred, Szymanski və Bartuğ. Alvarez və İsmail əsasən 6 nömrə mövqeyinə uyğun oyunçulardır, digərləri isə 8 nömrə üçün uyğundur. Szymanski ehtimal ki, komandadan ayrılacaq, Bartuğ isə əsas heyət oyunçusu deyil. Bu baxımdan 8 nömrəyə transfer qaçılmazdır.
Milliyet yazarı bu mövqedə diqqət edilməli oyunçunun Macarıstanın Ferencvaros klubunda çıxış edən 20 yaşlı Alex Toth olduğunu vurğulayır. Sağ ayaqlı və 1.81 m boyunda olan Toth pas keyfiyyəti, tempo, enerji və sərtlik baxımından Veermanı üstələyir. Hazırda qiyməti 8 milyon avro göstərilsə də, Liverpool, Newcastle, Bayern Münhen, Leverkusen, Leipzig və Juventus kimi klubların maraq dairəsindədir.
Kalkanın fikrincə, Fənərbaxçanın Toth üçün müdaxilə etməsi vacibdir və Veerman üçün nəzərdə tutulan bonservis məbləği Toth üçün xərclənməlidir. Yazara görə, 20 yaşlı Macar oyunçu 2-3 il sonra 35-40 milyon avroya belə satıla bilər.
Ara transferdə 8 nömrə və hücumçu mövqeyi üçün transferlər “Fənərbaxça”nın istiqamətini müəyyən edəcək. Tedesco-nun tələb etdiyi oyunçularla heyəti gücləndirməsi klubun uğuru üçün həlledici olacaq.






















