Məşhur müğənni SƏHNƏDƏ GÖZ YAŞLARINA BOĞULDU – Minlərlə insan Bengünü ağlatdı

Türkiyəli məşhur müğənni Bengü Mersin Mədəniyyət Yolu Festivalında duyğusal anlar yaşayıb. Sənətçi səhnədə ifa etdiyi “Saygımdan” mahnısı zamanı göz yaşlarını saxlaya bilməyib.

Referans Media xəbər verir ki, Mersin Mədəniyyət Yolu Festivalı çərçivəsində Soli Sahilində keçirilən konsertə minlərlə tamaşaçı qatılıb. Gecə boyunca sevilən mahnılarını səsləndirən Bengü, fanatlarının böyük sevgisi ilə qarşılanıb.

Konsert zamanı müğənninin məşhur “Saygımdan” mahnısı minlərlə insan tərəfindən bir ağızdan səsləndirilib. Yaranan emosional atmosfer Bengünü kövrəldib və sənətçi səhnədə göz yaşlarına hakim ola bilməyib.

Gecənin "Analar Günü" ilə eyni günə təsadüf etməsi də konsertə xüsusi rəng qatıb. Bengü çıxışı zamanı bütün anaları təbrik edib, analıq hissi ilə bağlı duyğusal fikirlərini bölüşüb.

Sənətçinin emosional anları sosial şəbəkələrdə geniş yayılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki