İtaliya mediası “Milan” klubunun Fənərbaxçanın aparıcı futbolçusu Milan Şkrinyarı transfer siyahısına daxil etdiyini yazıb.
“Sky Italia”nın məlumatına görə, müdafiə xəttini gücləndirməyi planlaşdıran “Milan” təcrübəli və uyğun namizədlər axtarır. Bu çərçivədə Fənərbaxçanın kapitanı Milan Şkrinyar əsas namizədlərdən biri kimi qiymətləndirilir.
Bildirilir ki, İtaliya klubu stoper mövqeyi üçün üç futbolçu üzərində dayanıb. Siyahıda Şkrinyarla yanaşı Erik Dayr və Federiko Qatti də yer alır.
Şkrinyarın Fənərbaxçanın dəyişilməz oyunçularından və kapitanı olması səbəbindən transferin çətin olduğu vurğulanır. 30 yaşlı müdafiəçinin İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, Şkrinyar bu mövsüm Fənərbaxça forması ilə 26 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.






















