Mingəçevirdə 12 yaşlı qızın bədəninə armatur batdı

Mingəçevir şəhərində 12 yaşlı qız yaşadığı evin həyətində oynayarkən xəsarət alıb.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, həyətdə oynayan 2014-cü il təvəllüdlü Zəhrə Məmmədova müvazinətini itirərək yıxılıb və bədəninə armatur batıb.

Ağır xəsarət alan 12 yaşlı qız xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı klinikalarda birinə köçürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki