Rusiyanın mümkün hücumu baş versə, Almaniya NATO qoşunlarının ölkə ərazisindən maneəsiz keçidini təmin edəcək. Artıq bununla bağlı məxfi plan hazırlanır.
Referans Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Berlində bəzi federal torpaqların hərbi qüvvələrin operativ hərəkətinə mane ola biləcəyi ilə bağlı narahatlıq var.
Bildirilib ki, Almaniya hakimiyyəti milli təhlükəsizlik böhranı zamanı federal hökumətə torpaqların müəyyən səlahiyyətlərini müvəqqəti məhdudlaşdırmağa imkan verəcək hüquqi mexanizmləri araşdırır. Məqsəd bunu ölkə Konstitusiyasının tələblərini pozmadan həyata keçirməkdir.
Ancaq hələlik belə bir planın mövcudluğu Almaniya rəsmiləri tərəfindən təsdiqlənməyib./Globalinfo.az
