Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Cozef Aun Türkiyəyə rəsmi səfərə gəlib.

Referans Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Prezident Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra C.Aun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir.

Danışıqların yekununda liderlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki