Nazlı Bulumdan sürpriz qərar – Toy tarixi məlum oldu

Türkiyəli aktrisa Nazlı Bulum şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Uzun müddətdir birlikdə olduğu montaj rejissoru Doruk Kaya ilə evlənməyə hazırlaşan aktrisanın bu ay nikah masasına əyləşəcəyi bildirilir.

Referans Media xəbər verir ki, təxminən 5 ildir münasibətdə olan cütlük iyunun 24-də ailə üzvlərinin iştirakı ilə sadə nikah mərasimi keçirəcək. Rəsmi nikahdan sonra isə iyunun 27-də yaxın dostların və ailə üzvlərinin qatılacağı xüsusi məclis təşkil olunacaq.

Televiziya və rəqəmsal platformalarda nümayiş olunan layihələrdəki uğurlu çıxışları ilə tanınan Nazlı Bulumun evlilik qərarı maqazin gündəmində böyük maraqla qarşılanıb.

Qeyd edək ki, aktrisa daha əvvəl qatıldığı verilişlərdən birində şəxsi həyatı ilə bağlı açıqlamaları ilə geniş müzakirələrə səbəb olmuşdu.

Doruk Kaya isə Türkiyənin məşhur layihələri olan Magarsus və Zeytin Ağacı kimi ekran işlərinin montaj heyətində yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki