image-nba5backend

NBA basketbolçulara qadağa qoydu

Amerika Milli Basketbol Assosiasiyası (NBA) baş sarğısının istifadəsinə dair mövcud qaydalara dəyişiklik edib.

Referans Media  yerli mətbuata istinadən xəbər verir ki, yeni qərara əsasən, baş sarğısının boyun nahiyəsində taxılması qadağan olunub.

Liqa bu addımı oyun zamanı vahid forma standartlarının qorunması məqsədilə atıb.

Qeyd edək ki, baş sarğısından bu cür fərqli şəkildə istifadə edən basketbolçulardan biri “Orlando Mecik” klubunun üzvü Ceylen Saqqs idi. Məhz onun bu praktikası qaydaların yenidən nəzərdən keçirilməsinə səbəb olub./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki