“Neftçi” onunla müqavilə imzaladı – FOTO

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Referans Media xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq “Neftçi” ailəsinin üzvüdür.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

O, “3” nömrəli formanı geyinəcək.

“Neftçi”nin yetirməsi olan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib.

Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki