Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Referans Media xəbər verir ki, bu mərhələdə şəhərə 419 nəfərdən ibarət 120 ailə köçürülüb.
Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
