backend

O, “Qalatasaray”a qayıdır – Transfer şərtləri açıqlandı

Super Liqanın ilk yarısını lider tamamlayan “Qalatasaray”da transfer çalışmaları davam edir. Klubun icarə əsasında “Samsunspor”da çıxış edən futbolçusu Eyüp Aydınla bağlı yeni xəbər yayılıb.

Referans Media xəbər verir ki, sentyabr ayında 100 min avro qarşılığında “Samsunspor”a icarəyə verilən Eyüp Aydın yenidən “Qalatasaray”a qayıtmaq istəyir. Gənc futbolçunun “Başakşehir”lə matçda azarkeşlərin etirazı ilə üzləşməsindən sonra Samsundan ayrılmağı düşündüyü bildirilir.

Eyüp Aydının “Qalatasaray”dakı gələcəyi isə Berkan Kutlunun durumundan asılıdır. Zədədən sonra forma şansı tapmaqda çətinlik çəkən Berkan Kutlunun komandadan ayrılması halında Eyüp Aydının geri dönüş ehtimalı güclənəcək.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm 6 oyunda meydana çıxıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki