image-fermuarini-acti-1-milyon-dolar-kazandi-19574965_5264_ampbackend

Olimpiya çempionu sosial medianı fəth etdi – 1 milyon dollar iddiası

Jutta Leerdam 2026-cı il  Qış Olimpiya Oyunlarında 1000 metr məsafədə olimpiya rekordu qıraraq qızıl medal qazanıb.

Referans Media xəbər verir ki, yarışdan sonra etdiyi hərəkət isə sosial mediada böyük rezonans doğurub və ona təxminən 1 milyon dollar qazandırdığı iddia olunub.

27 yaşlı niderlandlı idmançı 1:12.31 nəticə ilə həm olimpiya rekordunu yeniləyib, həm də qızıl medala sahib çıxıb. O, yarışdan sonra emosional açıqlamasında bildirib:

“Bu, bir arzunun gerçəkləşməsidir. Finiş xəttini keçəndən sonra çox təəccübləndim, həm yorğun, həm də çox həyəcanlı idim. Adımın yanında yaşıl göstəricini görəndə inana bilmədim.”

Leerdamın yarışdan sonra kombinezonunun qıfıllıcasını açaraq içindəki ağ rəngli Nike markalı geyimi göstərdiyi anlar qısa müddətdə 6 milyon 200 min baxış toplayıb.

“Bu qədər sürətli olanda icazə istəməzsiniz” qeydi ilə paylaşıb. İdmançı da bu paylaşımı öz səhifəsində yayımlayıb.

İddialara görə, viral görüntülər və reklam əməkdaşlığı nəticəsində Leerdamın 1 milyon dollardan artıq gəlir əldə etdiyi bildirilir. Bundan əlavə, sosial media paylaşımlarının yüksək baxış sayı da əlavə qazanc gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki