Oman millisi Bakıya gəlməkdən vaz keçdi

Oman milli komandası Azərbaycanda keçiriləcək FIFA Series-2026 turnirində iştirak edə bilməyəcək. 

Referans Media xəbər verir ki, buna səbəb Yaxın Şərqdə yaranmış vəziyyətdir.

Əvvəl təsdiq edilmiş plana əsasən, yarışda Azərbaycan, Syerra Leone və Sent-Lüsiya milli komandası da çıxış etməli idi.

Martın 27-də Oman yarımfinalda Syerra Leone, Azərbaycan isə Sent-Lüsiya ilə üz-üzə gəlməli idi.

Hazırda Oman millisinin imtinasına görə FIFA Series-2026-nın Azərbaycandakı formatının necə olacağı qeyri-müəyyən olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki