Premyer Liqa klubunun futbolçuları məşqə çıxmır

  Misli Premyer Liqasında mübarizə aparan “Karvan-Yevlax” klubunun futbolçuları dünən keçirilən məşqə çıxmaqdan imtina edib.

Referans.az  xəbər verir ki, buna səbəb onların maaş və mükafatlarının ala bilməmələridir.

Bu proses artıq bir neçə aydır davam edir.

Oyunçular son çarə olaraq bunu görüblər.

Qeyd edək ki, Yevlax təmsilçisi bu mövsüm Premyer Liqaya yüksəlib. Onlar 5 turdan sonra 4 xalla 11-ci yerdədir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki