Referans Media xəbər verir ki, klub iki əsas səbəbdən bu addımı atıb..
Baş məşqçi Luis Enrike Osimhenin oyun üslubunun komandaya uyğun olmadığını hesab edir. Eyni zamanda, nigeriyalı hücumçu “Qalatasaray”ın “əsas qol silahıdır” və klub onu 150 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil. Osimhenin Türkiyədəki illik 20 milyon avro maaşı PSJ-nin işini daha da çətinləşdirir.
Bu səbəblərdən 27 yaşlı hücumçunun transferi Paris klubunun gündəmindən çıxarılıb.























