Putin fərmanı imzaladı: Bu ölkə vətəndaşları…

Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarına 30 günə qədər vizasız giriş icazəsi verən fərman imzalayıb.

Referans Media xəbər verir ki, Çin vətəndaşları Rusiyaya vizasız gedə biləcəklər. Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarının vizasız gediş-gəlişini asanlaşdıran fərman imzalayıb.

Fərmana əsasən, turizm, işgüzar və akademik məqsədlər üçün sənət adamları və idmançılar üçün vizasız gediş-gəliş 30 günlə məhdudlaşdırılacaq. Bununla belə, fərman Çinli miqrantlara, tələbələrə, logistika və nəqliyyat sektorunda çalışanlara şamil edilməyəcək. 2026-cı il sentyabrın 14-dək qüvvədə olacaq qərar Pekinin bir neçə kateqoriyadan olan Rusiya vətəndaşlarının Çinə vizasız girişi ilə bağlı addımına cavab olaraq həyata keçirilib.

Çin həmçinin sentyabr ayında elan etdi ki, Rusiya vətəndaşları 15 sentyabrdan başlayaraq bir il müddətinə Çinə 30 günə qədər vizasız səyahət edə biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki