“Qalatasaray klubunda son həftələrdə yaşanan xal itkilərindən sonra komanda daxilində ciddi dəyişikliklərin olacağı gözlənilir. Sarı-qırmızılılarda baş məşqçi Okan Buruk komanda intizamını bərpa etmək üçün radikal qərarlar verməyə hazırlaşır.
Referans Media xəbər verir ki, Super Liqada son 3 oyunun 2-də xal itirən “Qalatasaray”da rəhbərlik və məşqçi heyəti Kemerburqazda toplantı keçirib. Görüşdə komandanın hazırkı durumu və performansın azalması müzakirə olunub.
Məlumata görə, Okan Buruk komanda daxilində “rahatlıq” və intizam problemlərindən narazıdır. Bu səbəbdən 1-2 futbolçunun müddətsiz olaraq heyətdən kənarlaşdırılması gündəmdədir.
Qərarın yaxın günlərdə futbolçulara rəsmi şəkildə bildirilməsi planlaşdırılır. Bu addımın komanda daxilində ciddi dəyişikliklərə səbəb ola biləcəyi qeyd olunur.
Hazırda “Qalatasaray” icması klub rəhbərliyinin və texniki heyətin atacağı növbəti addımları gözləyir. Azarkeşlər isə qərarın komandanın çıxışına necə təsir edəcəyini maraqla izləyir.























