image-qf4backend

“Qalatasaray”lı futbolçu “Fənərbaxça”ya keçdi

“Fənərbaxça” futbol komandası “Nottingham Forest” ilə oynayacağı oyunun hazırlıqlarını davam etdirərkən diqqət çəkən bir transfer xəbəri gündəmə gəlib.

 

Referans Media  xəbər verir ki, klub, “Qalatasaray”ın futbolçusu Çağrı Hakan Balta ilə razılaşıb.

 

Gənc oyunçu, “Nottingham Forest” oyunu öncəsi “Fənərbaxça” forması ilə ilk məşqinə çıxıb.

Keçmiş Qalatasaraylı və milli futbolçu Hakan Baltanın oğlu olan Çağrı Balta,“Qalatasaray”a vida edib. 15 mayda 18 yaşını tamamlayacaq Çağrı, sarı-qırmızılılarla peşəkar müqavilə imzalamağı qəbul etməyib.

Beləliklə, Mustafa Kapı, Bartuğ Elmaz, Hamza-Efe Akman qardaşlardan sonra Çağrı Hakan Balta da Floryadan ayrılmış oldu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki