Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk azarkeşlərin qəzəbinə tuş gəlib. Buna səbəb İstanbul təmsilçisinin ötən gecə doğma meydanda xal itirməsidir.
Referans Media xəbər verir ki, Türkiyə Super Liqasının 18-ci həftəsində sarı-qırmızılılar yanvarın 17-də öz evində “Qaziantepspor”la qarşılaşıb. Zəif oyun nümayiş etdirən İstanbul təmsilçisi ikinci dövrənin ilk matçında 2 xal itirərək azarkeşlərini məyus edib.
“Qalatasaray”ın zəif rəqibi ilə bərabərə qalması sari-qırmızılı tərəfdarları qəzəbləndirib. Oyun vaxtı və matç bitdikdən sonra minlərlə tərəfdar rəhbərliyi istefaya çağırıb. Ən çox tənqid edilən isə komandanın baş məşqçisi Okan Buruk olub.
Qeyd edək ki, türkiyəli futbol mütəxəssisləri də təcrübəli məşqçinin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onlar Okanı stabil sistem qura bilməməkdə günahlandırıblar.
“Osimen Afrikaya gedən kimi “Qalatasaray”da sistem çökdü. Çünki komandanin oyunu bir futbolçunun üstündə qurulub. Həmin futbolçu olmayanda digər oyunçular meydanda ruh kimi dolaşır. Bu sistem Okanı fəlakətə sürükləyir”, – Türkiyənin tanınmış futbol şərhçiləri belə düşünürlər.























