“Qalatasaray” və “Fənərbağça” yenə bir transferdə rəqabətə giribbackend

“Qalatasaray” və “Fənərbağça” yenə bir transferdə rəqabətə girib

  “Mançester Siti”nin qapıçısı Ederson üçün “Fənərbağça” və “Qalatasaray” rəqabətə girib.

Referans  xəbər verir ki, braziliyalı qolkiper “sarı-lacıvərdlilər”ə önərilib.

31 yaşlı çərçivə qoruyucusu illik 10 milyon avro məvacib və 3+1 illik müqavilə istəyir.

“Mançester Siti” isə onun üçün 15 milyon avro tələb edir.

Bu barədə “Fənərbağça”ya yaxın jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

“Qalatasaray” uzun müddətdir Edersonla maraqlanır. “Sarı-qırmızılar” Edersonun istəklərini aşağı salmağını gözləyir.

Hər iki İstanbul nəhəngi hazırda yekun qərarı verməyib və prosesi təqib edir/Offsideplus.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki