image-qarabag15backend

“Qarabağ” – “Ayntraxt” oyununu hansı kanal yayımlayacaq?

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Ayntraxt”dır.

İnsanları ən çox maraqlandıran suallardan biri də görüşün hansı kanalda yayımlanacağıdır.

“Köhlən atlar”ın son iki oyunu “İctimai TV” tərəfindən canlı təqdim edilmişdi.

Referans Media-nın  əldə etdiyi məlumata görə, budəfəki oyunu “CBC Sport” kanalı azarkeşlərə nümayiş etdirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki