“Fevralın 21-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı dəyişən heç nə yoxdur”.
Referans Media xəbər verir ki ,bunu Bizim.Media-ya “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuatda sözügedən matçın təxirə salınması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Tahir Gözəl: “Neftçi”dən xahiş edirik ki, oyun təxirə salınsın”
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində 18 və 24 fevralda “Nyukasl”a keçirəcəyi oyunlara görə “Neftçi” ilə qarşılaşmanın təxirə salınması üçün PFL və Bakı klubuna müraciət edib.
“Ağ-qaralar” isə bu addımın klubun hazırlıq planına mənfi təsir göstərəcəyi səbəbilə təklifdən imtina edib.
Daha sonra isə “Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verərək, “Neftçi”dən oyunun təxirə salınmasını xahiş edib.
