“Qarabağ” heyətini daha bir legionerlə gücləndirib.
Referans Media xəbər verir ki, bu dəfə ki, transfer bir müddətdir danışıq aparılan Samuel Lobatodur.
24 yaşlı yarımmüdafiəçi ilə daha öncədən razılıq əldə edən Azərbaycan təmsilçisi onunla 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, karyerası ərzində yalnız Portuqaliyada çıxış edən Samuel Lobato daha əvvəl “Famalikao”, B SAD və “Tondela”nın formasını geyinib.
