Əksər vaxtlarda kiçik ərzaq və tərəvəz dükanları qiymət baxımından iri supermarketlərin qarşısında “at oynadır”. Məsələn, “Qara Qarayev” metrostansiyasının yaxınlığındakı bazardakı qiymətlə o əraziyə yaxın dükanda tərəvəzlərin qiymətləri arasında xeyli fərq var. Qara Qarayev bazarında moruğun qiyməti 2,50 manat qəpikdirsə, tərəvəz dükanlarında bu rəqəm 4-5 manatdır. Eyni halı soyuq içkilər haqqında da demək olar. İri marketlərdə 1 litrlik “Coca-Cola” 1 manat 40 qəpikdirsə, kiçik dükanlarda 1 manat 80 qəpiyə satılır.
Bəs dükanların süni qiymət artımına qarşı konkret olaraq nə kimi inzibati cəzalar nəzərdə tutulur?
Onun sözlərinə görə, qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün bu sahədə qiymətləri müəyyən edən əsas faktorlar bazardakı rəqabət mühiti və inhisarçılıqdır:
“Əslində, bizdə qiymətə dövlət müdaxilə etmir. Qiymətlər bazar iqtisadiyyatının prinsiplərinə əsasən formalaşır. Problem ondadır ki, bazarda rəqabət yoxdur və bəzi hallarda inhisarçı yanaşma müşahidə olunur. Bu da qiymətlərin artmasına səbəb olur”.
Natiq Cəfərlinin fikrincə, qiymət artımı ilə bağlı pərakəndə satış məntəqələrində deyil, əsasən topdansatış şirkətləriylə bağlı araşdırmalar aparılmalıdır:
“Çünki pərakəndə satış subyekti istədiyi qiymətə məhsul sata bilər. Onun əsas öhdəliyi dövlətdən vergidən yayınmamaq və zərərli məhsulların satışına imkan verməməkdir. Qiymət formalaşdırmaq onun hüququdur. Əsas diqqət topdansatış seqmentinə yönəlməlidir. Ölkəyə mal gətirən şirkətlərə ciddi nəzarət olunmalıdır, çünki biz idxaldan çox asılıyıq. Məhz bu şirkətlər qiymət diktəsi həyata keçirməyə cəhd göstərirlər”.
Ekspert hesab edir ki, bu sahədə effektiv nəzarət mexanizmləri qurulmasa, qiymətlərin artması davam edəcək.