Səkkiz il əvvəl “Qoca” ləqəbli Etibar Məmmədovla birlikdə etap zamanı xüsusi təyinatlı vaqondan qaçan məhkum Əli Ağami Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.
Refrans xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yerli məhkəmə Penitensiar Xidmətin müvafiq təqdimatı əsasında bu qərarı qəbul edib.
Əli Ağami saxlanıldığı ciddi rejimli cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozub. Məhz bu səbəbdən onun həbsxanaya köçürülməsi qərara alınıb.(Oxu24.com )