Qızılın qiyməti tarixi REKORD QIRDI

  Nyu-York Əmtəə Birjasının “Comex” bölməsində keçirilən ticarət zamanı qızılın qiymətində tarixi maksimum qeydə alınıb.

Referans xəbər verir ki, 2025-ci ilin dekabr ayı üzrə fyuçers müqaviləsinin dəyəri bir troya unsiyası üçün 4300 ABŞ dollarını keçib.

Bakı vaxtı ilə saat 20:18-də qiymətli metalın dəyəri bir unsiya üçün 4305,3 dollara çatıb ki, bu da 2,47% artım deməkdir. Saat 20:33-də artım tempi bir qədər zəifləyib və qızılın qiyməti 4300,3 dollar olub — bu isə 2,35% artım deməkdir.

Cari ilin əvvəlindən bəri qızılın qiyməti 59,19%, oktyabrın əvvəlindən isə 8,02% bahalaşıb.

Eyni zamanda, “Comex” birjasında 2025-ci ilin dekabrında çatdırılacaq gümüş fyuçerslərinin qiyməti 3,8% artaraq bir unsiya üçün 53,33 dollara çatıb./Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki