Qızlarımız Dünya Çempionatının yarımfinalında!

3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının 1/4 finalında Almaniya seçməsinə qarşı oyuna çıxıb.

Referans Media  xəbər verir ki, qızlarımız görüşün əvvəllərində hesabda geridə olsalar da, daha sonra Brianna Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, millimiz yarımfinalda Fransa - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

Yarımfinal və final oyunları 7 iyunda baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki