Quyu qazarkən sərvət tapdılar: eşidənlər ora axışır - FOTO

Şri-Lankada evin həyətində quyu qazan fəhlələr təxminən 510 kiloqram ağırlığında ulduz sapfiri aşkarlayıblar.

Referans Media xəbər verir ki, ölkənin qiymətli daş yataqları ilə məşhur olan Ratnapura bölgəsində tapılan sapfir kütləsi böyük marağa səbəb olub.

Qiymətli daşın dəyərinin 100 milyon dollara qədər çata biləcəyi ehtimal olunur.

“Serendipity Sapphire” adı verilən nəhəng tapıntının dünyanın ən böyük ulduz sapfiri birləşmələrindən biri ola biləcəyi bildirilir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki