image-real-madrid-loqo9595backend

“Real”dan 100 milyonluq transfer – Ulduz futbolçu gəlir

“Real Madrid” FIFA Klublararası Dünya Çempionatında qalib olmağı qarşısına əsas məqsəd kimi qoyub.

Referans xəbər verir ki, mötəbər turnirdə qalib olmaq istəyən ispan nəhəngi heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir. Məşqçi Xabi Alonso yeni transferlər barədə təlimat verib. Bildirilir ki, bundan əvvəl Trent Alexander-Arnold və Dean Huijsen kimi futbolçuları heyətinə qatan “Real”, “Ştutqart”ın yarımmüdafiəçisi Angelo Stiller və “Benfika”nın oyunçusu Alvaro Karrerası transfer etmək istəyir.

“Real” FIFA Klublararası Dünya Çempionatına qədər transferləri yekunlaşdırmaq istəyir. Bu iki futbolçu üçün “Real” 100 milyon avro xərcləyə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki