image-real-madrid-levante-maci-arda-guler-ilk-11de-mi-rlq2backend

“Real Madrid” – “Levante” oyunu: Arda Güler ilk “11-lik”də olacaq?

İspaniya La Liqasının 20-ci turunda “Real Madrid” doğma meydanda “Levante”ni qəbul edəcək. Qarşılaşma öncəsi azərbaycanlı futbolsevərlərin diqqəti Madrid klubunun heyətində çıxış edən türkiyəli ulduz Arda Gülerin üzərində cəmlənib. Gənc yarımmüdafiəçinin oyuna start heyətində başlayıb-başlamayacağı maraq doğurur.

Referans Media xəbər verir ki, hazırda “Real Madrid” La Liqa turnir cədvəlində 45 xalla ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır. “Levante” isə 18 oyundan topladığı 14 xalla 19-cu yerdə yer alır və aşağı pillələrdən xilas olmağa çalışır.

Madrid klubu yeni baş məşqçi Alvaro Arbeloa rəhbərliyi altında keçirdiyi ilk rəsmi oyunda İspaniya Kral Kubokunda “Albasete”yə 3:2 hesabı ilə uduzaraq turnirdən kənar qalıb. Həmin görüşdə Arbeloa Mbappe, Rodriqo, Kurtua və Bellingem kimi əsas futbolçulara istirahət vermişdi.

Oyun nə vaxt keçiriləcək?

“Real Madrid” – “Levante” qarşılaşması 17 yanvar, şənbə günü, Bakı vaxtı ilə saat 16:00-da, “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

Arda Güler ilk “11-lik”də olacaq?

Texniki heyətin son qərarlarına və hazırkı heyət balansına əsasən, Arda Gülerin oyuna ehtiyat oyunçular skamyasından başlaması, matçın ikinci hissəsində meydana buraxılması gözlənilir. Gənc futbolçunun fiziki durumu və taktiki seçimlər əsas rol oynayacaq.

“Real Madrid”in ehtimal olunan start heyəti:

Kurtua; Karvaxal, Asensio, Huijsen, Karreras; Valverde, Çuameni, Bellingem; Rodriqo, Vinisius Junior və Mbappe.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki