Real Madridin yeni transfer hədəfi məlum oldu: Arda Gülərin yanına gələcək ikinci türk futbolçu hər kəsi şoka salacaq!

İspaniya nəhəngi "Real Madrid" yeni mövsüm öncəsi heyətini daha da gücləndirmək üçün transfer çalışmalarını sürətləndirib. Klubun əsas hədəflərindən birinin isə gənc ulduz Kenan Yıldız olduğu bildirilir.

İddialara görə, klub prezidenti Florentino Peres transfer siyahısında Kenan Yıldızı ilk sıraya yerləşdirib. Gənc futbolçunun Avropanın ən perspektivli oyunçularından biri hesab edilməsi və "Yuventus"dakı çıxışları Madrid klubunun diqqətini cəlb edib.

Referans Media xəbər verir ki, “kral klubu” 21 yaşlı hücumçunu heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırlaşır. Kenan Yıldızın texnikası, oyun quruculuğu və hücumdakı effektivliyi onu Avropa nəhənglərinin əsas hədəfinə çevirib.

İtaliya klubu "Yuventus" isə gənc futbolçunu buraxmaq niyyətində deyil. Klub rəhbərliyinin Kenan Yıldız üçün transfer qiymətini 100 milyon avro müəyyən etdiyi bildirilir.

Kenan Yıldızın transferi baş tutarsa, bu, yay transfer bazarının ən səs-küylü keçidlərindən biri ola bilər. "Real Madrid"in bu transferdə nə qədər israrlı olacağı isə yaxın aylarda bəlli olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki