image-haci-ruminiyabackend

Rumıniyada Haci dövrü başladı: aylıq maaşı açıqlandı

Rumıniya milli komandasının sükanı arxasında ciddi dəyişiklik baş verib. Rumıniya milli komandasında uzun illər baş məşqçi vəzifəsini icra edən Mirça Luçesku Slovakiyaya qarşı matçdan sonra istefa verib. Əfsanəvi futbolçu və mütəxəssis Georgi Haci milli komandanın yeni baş məşqçisi olub.

Referans Media xəbər verir ki, Rumıniya millisinin baş məşqçisi vəzifəsində Mirça Luçeskunun yerinə gələn George Hacinin maaşı açıqlanıb. Bildirilir ki, George Hacinin aylıq maaşı 27 min avro təşkil edəcək.

61 yaşlı təcrübəli məşqçinin milli komandada alacağı aylıq maaş da açıqlanıb. Romaniya mətbuatının verdiyi məlumata görə, Haci aylıq 27 min Avro qazanacaq və bu rəqəm Luçesku ilə eyni səviyyədədir.

Haci milli komandada baş məşqçi kimi ilk matçına 2 iyun tarixində Tbilisidə Gürcüstana qarşı çıxacaq. Bu qarşılaşma hazırlıq oyunu kimi planlaşdırılıb.

Rumıniya futbol ictimaiyyətində Hacinin maaşı müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edir ki, Hacinin təcrübəsi və komandaya gətirəcəyi təzə nəfəs bu investisiyanı haqlı edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki