backend

Rusiyada benzin rekord həddə bahalaşdı

Rusiyada benzin qiymətləri sürətlə artaraq ABŞ-dakı səviyyəni də keçib.

 

 

Referans Media xəbər verir ki, hazırda Rusiyada benzinin dəyəri ABŞ-dan təxminən 8% bahadır. Bu cür fərq son dəfə 2021-ci ildə müşahidə olunmuşdu.

 

 

ABŞ-da yanacağın ucuzlaşması neft qiymətlərinin enməsi ilə bağlıdır — orada benzinin qiymətinin yarısını xam neft formalaşdırır. Rusiyada isə mənzərə tam əksinədir:

benzinin qiyməti inflyasiyanı üstələyərək yüksəlir,

 

 

xam neftin payı ümumi dəyərdə cəmi 10% təşkil edir.

 

 

Əsas yük vergilər və rüsumlardır — onların payı yanacağın qiymətində 60%-ə qədər çatır. Məhz buna görə dünya bazarında neft ucuzlaşsa belə, Rusiya sürücüsü bunu demək olar ki, hiss etmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki