Rusiyada zəlzələ baş verdi

Kuril adalarının sahili yaxınlığında zəlzələ baş verib.

Referans Media Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssislərinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:09-da (Bakı vaxtı ilə 15:09) qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,0-ə çatıb və seysmoloqlar bunu hiss olunan yeraltı təkan kimi qiymətləndirirlər.

Təbiət hadisəsinin episentri təxminən 3000 nəfərin yaşadığı Şikotan adasından 34 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 50 kilometr dərinliyində qeydə alınıb. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Rusiya regionunda sunami təhlükəsi elan edilməyib./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki