Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi

Ukraynanın PUA-larla Moskvaya hücumu şəhərin neft emalı zavodlarına ciddi ziyan vurub.

Bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Moskva Neft Emalı Zavoduna edilən hücum, müəssisənin gücünün 47 faizini təşkil edən birləşmiş neft emalı bölməsinə ziyan vurub.

Bir gün əvvəl təşkil olunan hücum nəticəsində isə, emalın 53 faizini təşkil edən” AVT-6″ ilkin emal bölməsi zərər görüb.

“Reuters”in məlumatına görə, hücum həmçinin ikinci dərəcəli qurğulara, boru kəmərlərinə, köməkçi avadanlıqlara və yanacaq çənlərinə də ziyan vurub.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki