Xamenei xalqa səsləndi - “Ona mən icazə vermişəm”

İranın Ali lideri Müctəba Xamenei ABŞ ilə memorandumun imzalanmasına razılıq verdiyini təsdiqləyib.

Referans Media Xameneinin mətbuat xidmətinin yaydığı və ABŞ ilə imzalanan memoranduma həsr olunmuş müraciətə istinadla xəbər verir ki, bu qərar ölkə rəhbərliyinin məsuliyyəti çərçivəsində qəbul edilib.

Müraciətdə qeyd olunub ki, fərqli fikirdə olmasına baxmayaraq, İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi hörmətli Prezident Məsud Pezeşkian və digər şəxslər öhdəlik götürüblər və İranın, eləcə də müqavimət cəbhəsinin hüquqlarını qoruyacaqlarına dair ona söz veriblər, buna görə də memorandumun imzalanmasına icazə verilib.

Xamenei əlavə edib ki, ABŞ tərəfi həddindən artıq tələblər irəli sürəcəyi təqdirdə, Pezeşkian onlarla razılaşmayacaq.

ABŞ və İran 60 günlük atəşkəsi, Hörmüz boğazından gəmiçiliyin bərpasını, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvini və yeni danışıqlar raundunun başlamasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Sənəd iyunun 17-də imzalanıb. “Axios” nəşri qeyd edib ki, memorandum məsafədən tərtib edilib və elektron imzalanmadan sonra qüvvəyə minib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki