ABŞ-dan təcili xəbərdarlıq – Rusiyaya getməyin, əks halda…

ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri Bürosu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb.

 Bunun səbəbi kimi pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın iri şəhərlərinə qarşı hücumları göstərilib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti Rusiya üçün ən yüksək dördüncü təhlükə səviyyəsini qüvvədə saxlayıb:

“Fövqəladə vəziyyət yaranacağı təqdirdə yerli Rusiya hakimiyyət orqanlarının göstərişlərinə əməl edin və təhlükəsiz sığınacaq tapın. PUA və ya dron aşkar etdikdə dərhal həmin ərazidən uzaqlaşın və zərurət yaranarsa, sığınacaqda gizlənin”, – açıqlamada vurğulanıb.

Qurum həmçinin xəbərdarlıq edib ki, dronlara yaxınlaşmaq və ya onlara toxunmaq olmaz. Hücumların nəticələrini foto və ya video çəkilişə almaq da tövsiyə edilmir. Bildirilir ki, pilotsuz aparatların zərbələrinin nəticələrinin çəkilişi ilə bağlı qanunvericiliyin pozulması cərimə və ya hətta həbs cəzası ilə nəticələnə bilər./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki