“Sabah” kapitanı ilə yollarını ayırdı

“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.

Klubdan Referans Media-ya bildirilib ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.

2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki