Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Referans Media xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Karvan-Yevlax” “Zirə”ni qəbul edəcək. Bu görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Lider “Sabah” isə “Sumqayıt”la qarşılacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Misli Premyer Liqası 25-ci tur 19 mart
“Karvan-Yevlax” – “Zirə” Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov. Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt” Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli. “Bank Respublika Arena”, 19:15.
