Sahibkarlara böyük müjdə: Daşınma xərclərini dövlət qarşılayacaq!

Prezident tərəfindən imzalanmış yeni fərman qeyri-neft sektorunun inkişafına mühüm dəstək verəcək.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, bu sənəd yerli istehsalçıların və ixracatçıların daşınma xərclərinin azalmasına kömək edəcək. Dövlət tərəfindən göstəriləcək dəstək sayəsində Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyəti daha da artacaq.

Xüsusilə kənd təsərrüfatı, qida sənayesi və digər qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarlar üçün yeni imkanlar yaranacaq. Məhsulların bazarlara çıxarılması daha asan və sərfəli olacaq ki, bu da ixracın artmasına müsbət təsir göstərəcək.

Daşınma xərclərinin bir hissəsinin dövlət tərəfindən dəstəklənməsi istehsalçıların maliyyə yükünü azaldacaq, yeni bazarlara çıxışı sürətləndirəcək və yerli istehsalın genişlənməsinə şərait yaradacaq.

Bu addım ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Hesab edirik ki, fərmanın icrası Azərbaycan məhsullarının beynəlxalq bazarlarda mövqeyinin möhkəmlənməsinə və qeyri-neft ixracının daha da artmasına töhfə verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki