Səfir də “Qarabağ”ı dəstəkləyir

  Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) duelində Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.

Referans xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib. “Mançester Yunayted” fanatı olduğunu bildirən səfir “Qarabağ”a dəstək olacağını qeyd edib:

“Bu axşam “Qarabağ” yenidən “Çelsi” ilə qarşılaşır! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi – red.) kimi bu axşam ev sahibini dəstəkləyəcəyəm. Oyunçu aparsın!”

“Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki