Hindistanın Bixar ştatında iki il əvvəl sevgilisinə görə ərini tərk edən qadının meyiti çamadanda tapılıb.
Referans Media xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
İstintaqın məlumatına görə, Çxoti Kumari evli olduğu dövrdə Rişabh Kumarla münasibət qurub. O, 2024-cü ildə ailəsinin etirazına baxmayaraq onunla birlikdə qaçıb və cütlük daha sonra Daman şəhərində məskunlaşıb. Qadının itkin düşməsindən sonra yaxınları onun oğurlanması və itkin düşməsi ilə bağlı polisə müraciət etsələr də, cütlüyü tapmaq mümkün olmayıb. Ailə üzvlərinin ehtimalına görə, Kumar mübahisə zamanı Kumarini öldürüb, meyitini çamadana yerləşdirərək hadisə yerindən qaçıb.
Cinayət Daman polisinə yol çantasının içərisində qadın meyitinin tapılması barədə məlumat aldıqdan sonra üzə çıxıb. Aparılan araşdırma nəticəsində meyitin Çxoti Kumarinin olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb. Lakin qətlin dəqiq motivi hələ müəyyən edilməyib və istintaq davam edir./Publika.az
